Qazaxıstanda daha bir faciə- - 14 ölü, 12 yaralı + Video

qazaxistanda-daha-bir-facie-
Oxunma sayı: 1796


“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı  Qazaxıstan Təcili Vəziyyətlər Nazirliyi yayıb.

Qeyd olunur ki, Almata-Çimkent yolunda yük maşını ilə sərnişin avtobusu toqquşub.  Hadisə zamanı 14 nəfər ölüb, 12 nəfər isə yaralanıb. 

Qəzaya səbəb isə avtobus sürücüsünün idarəetməni itirməsi olub. 

Ölənlər arasında uşaqların olduğu bildirilib. Qəza ilə əlaqədar cinayət işi açılıb. 

Ölkədə qeyri-rəsmi yas elan olunub.