Qazaxıstanın Almatı şəhərində düşən təyyarənin sərnişini Temirlan Kadauov fövqəladə hadisə zamanı göstərdiyi şücaətə görə medalla təltif edilib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “MİR 24” telekanlı xəbər verib.
O, yaralanmasına baxmayaraq, xilasedicilərin gəlişinə qədər digər xəsarət alan şəxsləri təxliyyə etməyə başlayıb.
Ötən gün isə baş vermiş dəhşətli təyyarə qəzasının görüntüsü yayılıb. Görüntüdə sərnişin təyyarəsinin qarda sürüşdüyü və daha sonra binaya çırpıldığı görünür.
Xatırladaq ki, dekabrın 27-də Almatı-Nur-Sultan reysinin təyyarəsinin qəzaya düşməsi nəticəsində 15 nəfər ölüb, 66 nəfər yaralanıb. Hava gəmisinin göyərtəsində ümumilikdə 93 sərnişin və 5 ekipaj üzvü olub.
Son xəbərlər
Son Xəbərlər