Qazaxıstanda erkən prezident seçkilərinin tarixi açıqlandı

qazaxistanda-erken-prezident-seckilerinin-tarixi-aciqlandi
Oxunma sayı: 1426

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında fərman imzalayıb.

“Qafqazinfo”nun “nur.kz” portalına istinadən verdiyi məlumata görə, fərmana əsasən, seçkilər iyunun 9-da keçiriləcək.

Tokayev Qazaxıstan xalqına müraciətində bildirib ki, seçki tarixini sabiq prezident Nursultan Nazarbayev, parlamentin hər iki palatasının spikerləri və baş nazirlə müvafiq məsləhətləşmələrdən, Konstitusiya Şurası ilə razılaşdırmadan sonra müəyyənləşdirib.