Qazaxıstanda etiraz aksiyalarında 100-dən çox insan saxlanılıb

qazaxistanda-etiraz-aksiyalarinda-100-den-cox-insan-saxlanilib
Oxunma sayı: 774

Qazaxıstanın Alma-Ata şəhərində bu gün də prezident seçkilərinin nəticələrinə etiraz əlaməti olaraq razılaşdırılmamış aksiya keçirilib.

“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi xəbərə görə, artıq 100-dən çox etirazçı saxlanılıb. Onlar avtobuslara mindirilərək hadisə yerindən uzaqlaşdırılıblar. 

Xatırladaq ki, 9 iyunda Nur-Sultan və Alma-Ata şəhərlərində keçirilmiş etiraz aksiyaları fonunda 500 nəfər saxlanılmışdı. 

Kasım-Jomart Tokayev 70,76 faiz səslə seçkilərin qalibi olub.