Şərqi Qazaxıstan vilayətində 5,8 bal gücündə zəlzələ baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Respublika Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Zəlzələnin episentri Almatı şəhərindən 859 km şimal-şərqdə, Qazaxıstan ərazisində (Şərqi Qazaxıstan vilayətində) yerləşib. Yeraltı təkanların maqnitudasının 5,6 olduğu bildirilir.
Seysmoloqların məlumatına görə, zəlzələ Ust-Kamenoqorskda iki-üç bal gücündə hiss olunub. Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.