Qazaxıstanda helikopter qəzaya düşdü, 13 nəfər öldü

qazaxistanda-helikopter-qezaya-dusdu-13-nefer-oldu
Oxunma sayı: 1179

Qaazaxıstan Müdafiə Nazirliyinə məxsus “Mi-8” helikopteri qəzaya uğrayıb.

“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, hadisə Qızılorda bölgəsində baş verib.

Məlumata görə, hadisə zamanı helikopterdə olan 13 nəfər ölüb.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Tvitterdə yazıb ki, qəza Aktau-Çimkənd istiqamətində təlim keçirilən zaman baş verib. O, qəzanın səbəblərinin araşdırılması üçün göstəriş verib.

Tokayev qəzada ölənlərin ailələrinə başlağlığı verib, həmçinin maddi dəstək göstəriləcəyini də bildirib.