Qazaxıstanda hərbi hissədə güclü partlayış - 1 ölü, 2 yaralı+ Video+ Yenilənib

qazaxistanda-herbi-hissede-guclu-partlayis
Oxunma sayı: 2001

Qazaxıstanın Türkistan vilayətinin Arıs şəhərində hərbi hissə ərazisində güclü partlayış olub.

“Qafqazinfo”nun “sputnik Qazaxıstan”a istinadən verdiyi xəbərə görə, hadisə bu gün səhər saat 09:20 radələrində qeydə alınıb.

Şəhər əhalisi Şımkent rayonuna təxliyyə edilir. Şəhərin təxminən 43 min sakini var. 

Hadisə yerinə 52 şəxsi heyət içisi və 12 ədəd texnika cəlb olunub.

Xəsarət alanlar barədə məlumat yoxdur.

Prezident Kasım-Jomart Tokayev partlayışın nəticələrinin aradan qaldırılması üçün tapşırıq verib.

***

Vilayətdə fövqəladə vəziyyət elan edilib.

***

Partlayış nəticəsində 1 nəfər həlak olub, 2 nəfər ağır xəsarət alıb.