Qazaxıstanda iğtişaşlar nəticəsində 230 nəfər ölüb

qazaxistanda-igtisaslar-neticesinde-230-nefer-olub
Oxunma sayı: 1886

Qazaxıstanda yanvar ayında baş verən kütləvi iğtişaşlar nəticəsində 230 nəfər həlak olub.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Qazaxıstanın Baş prokuroru Berik Asılov açıqlayıb.

Onun sözlərinə görə, həmin şəxslərdən 19-u hərbçi və hüquq-mühafizə orqanlarının əməkdaşıdır: “Həlak olanlar ən çox Almatı şəhərində qeydə alınıb. Belə ki, burada iğtişaşlar zamanı 139 nəfər ölüb”.

Asılov, həmçinin qeyd edib ki, 20 nəfər təsadüfən atəşə məruz qalıb.

Bununla yanaşı, hüquq-mühafizə orqanlarının təqribən 3500 əməkdaşı iğtişaşlar nəticəsində xəsarət alıb.