Qazaxıstanda iğtişaşlarda 3706 nəfər saxlanılıb

qazaxistanda-igtisaslarda-3706-nefer-saxlanilib
Oxunma sayı: 998

Qazaxıstanda kütləvi iğtişaşlar zamanı saxlanılan şəxslərin sayı açıqlanıb.

“Qafqazinfo” ölkənin Terrorizmlə Mübarizə üzrə Opreativ Qərargahına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları 3706 nəfəri saxlayıb.

Xatırladaq ki, Qazaxıstanda maye qazın bahalaşması səbəbindən yanvarın 2-si etiraz aksiyası başlayıb. Bir neçə gündən sonra aksiya kütləvi iğtişaşlara çevrilib. Qarşıdurmalar nəticəsində 18 polis və 2 hərbçi həlak olub, 26 silahlı şəxs zərərsizləşdirilib. Hazırda ölkənin müxtəlif yerlərində vəziyyət sakitləşsə də, Almatıda nisbətən gərgin vəziyyət hökm sürür.