Qazaxıstanda iğtişaşlarda ölən hərbçilərin sayı açıqlandı

qazaxistanda-igtisaslarda-olen-herbcilerin-sayi-aciqlandi
Oxunma sayı: 3273

Qazaxıstanda kütləvi iğtişaşlar zamanı ölkənin Milli Qvardiyasının 2 hərbi qulluqçusu həlak olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı bu gün Milli Qvardiyanın Mətbuat xidməti yayıb. 

Daha 7 hərbçi xəsarət alıb. Onlardan ikisi güllə yarası alıb. Digər 5 hərbçi isə müxtəlif xəsarətlərlə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib.

Eyni zamanda, Almatı və Şımkentdə ictimai asayişi bərpa edərkən 216 hərbçi yaralanıb.

İğtişaşlar zamanı 50 hərbi texnikaya zərər dəyib, 8 avtomobil yararsız hala düşüb.

Xatırladaq ki, ölkədə kütləvi etiraz aksiyaları nəticəsində təhlükəsizlik qüvvələrinin 18 əməkdaşı həlak olub.