Qazaxıstanın hüquq-mühafizə orqanları ölkədə yanvar ayında baş verən kütləvi iğtişaşlar zamanı soyğunçuluq və digər cinayətlər törətməkdə şübhəli bilinən 792 nəfəri həbs edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ölkənin daxili işlər nazirinin birinci müavini Marat Kojayev açıqlayıb.
Onun sözlərinə görə, hazırda daxili işlər orqanlarında 2,5 mindən çox iş araşdırılır. Onların əksəriyyəti qarət və soyğunçuluq halları ilə bağlıdır. O bildirib ki, cinayət törətməkdə şübhəli bilinən 893 nəfər müvəqqəti saxlama təcridxanasına yerləşdirilib, onlardan 792 nəfər həbs edilib.
Son xəbərlər
Son Xəbərlər