Qazaxıstan hüquq-mühafizə orqanları ölkədə baş vermiş iğtişaşlardan sonra 2700-dən çox cinayət işini araşdırır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə cümə günü keçirdiyi brifinqdə Qazaxıstanın Baş Prokurorluğunun Birinci Xidmətinin rəis müavini Yeldos Kilımjanov məlumat verib.
“Fevralın 4-nə olan məlumata görə, istintaq-əməliyyat qrupları tərəfindən 2750 cinayət işinə baxılır. Bu işlərdə şübhəli bilinən 802 nəfər barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Onlardan 113-ü adam öldürmə, oğurluq, soyğunçuluq cinayətlərinə görə məsuliyyətə cəlb olunub, aralarında radikal dini cərəyanların tərəfdarları var”, - Kilımjanov bildirib.
Son xəbərlər
Son Xəbərlər