Qazaxıstanda KİV və sosial şəbəkə istifadəçilərinə - Xəbərdarlıq

qazaxistanda-kiv-ve-sosial-sebeke-istifadecilerine
Oxunma sayı: 1844

Qazaxıstanın İnformasiya və Sosial İnkişaf Nazirliyi KİV-ə və sosial şəbəkə istifadəçilərinə fövqəladə vəziyyət dövründə qanunlara əməl etməyin zəruriliyi ilə bağlı xəbərdarlıq edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Nazirliyin xəbərdarlığında, həmçinin sosial şəbəkələrin və messencerlərin istifadəçiləri fövqəladə vəziyyət şəraitində qanunvericiliyə ciddi əməl etməyə, bilərəkdən yalan məlumatların, eləcə də, ölkədə sabitliyi poza biləcək digər qanunsuz məlumatların yayılmasının qarşısını almağa çağırılır.

Xatırladaq ki, ictimai təhlükəsizliyin təmin edilməsi, asayişin bərpası, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi məqsədilə Prezident Kasım-Jomart Tokayevin fərmanı ilə ölkədə fövqəladə vəziyyət rejimi tətbiq olunub.