Qazaxıstanda konstitusiya ilə bağlı referendumun vaxtı məlum oldu

qazaxistanda-konstitusiya-ile-bagli-referendumun-vaxti-melum-oldu
Oxunma sayı: 1342

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iyunun 5-də Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendumun keçirilməsi haqqında fərman imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Qazaxıstan dövlət başçısının saytında xəbər yayılıb. 

Aprelin 29-da Tokayev Qazaxıstan Xalqları Assambleyasının sessiyasında ölkənin siyasi sisteminin modernləşdirilməsi və demokratikləşdirilməsinə yönəlmiş Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı məsələnin ümumxalq referenduma çıxarılmasını təklif edib.

“Qazaxıstan Respublikası Konstitusiyasının 91-ci maddəsinin 1-ci bəndinə və “Respublika referendumu haqqında” Qazaxıstan Respublikasının Konstitusiya Qanununun 18-ci maddəsinə uyğun olaraq, 2022-ci il iyunun 5-də respublika referendumunun keçirilməsi barədə qərar qəbul edirəm”, - Tokayevin sərəncamının mətnində deyilir.