Qazaxıstanda daha 7 koronavirusa yoluxma faktı aşkarlanıb. Bununla da ölkədə COVİD-19-a yoluxanların sayı 44-ə çatıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Almatıda 19, Nur-Sultanda isə 25 nəfər epidemiyaya yoluxub.
Xatırladaq ki, martın 16-dan Qazaxıstanda fövqəladə vəziyyət elan olunub. Martın 19-dan isə sözügedən hər iki şəhərdə xüsusi rejim tətbiq edilib.
Son xəbərlər
Son Xəbərlər