Qazaxıstanda koronavirusdan ilk ölüm

qazaxistanda-koronavirusdan-ilk-olum
Oxunma sayı: 1851

Qazaxıstanda koronavirusdan ilk ölüm qeydə alınıb. "Qafqazinfo"nun "Sputnik Qazaxıstan"a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin İnformasiya və İctimai İnkişaf naziri Dauren Abayev məlumat verib.

O bildirib ki, bu gün bir Qazaxıstan vətəndaşı koronavirusdan ölüb. Nazirin sözlərinə görə, Nur-Sultan Sağlamlıq İdarəsi sabah bu barədə ətraflı məlumat verəcək. Həmin xəstə ölkənin paytaxtı Nur-Sultanda ölüb. 

Qeyd edək ki, Qazaxıstanda koronavirus yoluxmuş 109 nəfər var. Onların 61-i paytaxtdadır. Xəstələrdən ikisi sağalıb. Martın 16-dan aprelin 15-dək ölkədə fövqəladə vəziyyət elan olunub.