Qazaxıstanda mədəndə qəza şaxtaçıların ölümünə səbəb oldu

qazaxistanda-medende-qeza-saxtacilarin-olumune-sebeb-oldu
Oxunma sayı: 2792

Qazaxıstanın Karaqandi vilayətində kömür mədənində metan qazı səbəbindən 6 şaxtaçı həlak olub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, daha 2 nəfər isə xəsarət alıb. Məlumata görə, Abay mədənində K10 ventilyasiya driftinin dibinə metan qazı çıxıb. Şaxtada olan 64 işçidən 56-sı səthə çıxmağı bacarsa da, 8 nəfər mədəndə qalıb. 

Qazaxıstanın Baş naziri Askar Maminin təlimatı üzrə fövqəladə hallar naziri Yuri İlinin başçılıq etdiyi komissiya hadisə yerinə yola düşüb.

Baş verənlərin şəraiti və səbəbləri araşdırılır.