Qazaxıstanda məmurlara xarici avtomobilləri almaq qadağan olundu

qazaxistanda-memurlara-xarici-avtomobilleri-almaq-qadagan-olundu
Oxunma sayı: 1116

Qazaxıstanda dövlət qurumlarına rəsmi istifadə üçün idxal olunan avtomobilləri almaq qadağan edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Qazaxıstan Baş Naziri Askar Mamin müvafiq fərman imzalayıb.

Qeyd olunur ki, sözügedən fərman artıq qüvvəyə minib və iki il müddətində qüvvədə olacaq.

“KazAvtoProm” avtomobil sənayesi birliyindən bildirilib ki, keçən il xarici avtomobillər üçün satınalma standartlarına yenidən baxılması artıq gətirilən avtomobillərin yalnız 1% -nin dövlətin xidmətində olmasına səbəb olub.