Qazaxıstanda neft məhsullarının avtomobillə ixracına qadağa qoyuldu

qazaxistanda-neft-mehsullarinin-avtomobille-ixracina-qadaga-qoyuldu
Oxunma sayı: 1084

Qazaxıstanda yenidən 6 ay müddətinə nəqliyyat vasitəsi ilə neft məhsullarının ixracına qadağa qoyulub.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, Qazaxıstanın Energetika Nazirliyi, Daxili İşlər Nazirliyi, Maliyyə Nazirliyi və Milli Təhlükəsizlik Komitəsi bu barədə birgə əmr imzalayıb. 

Əmrə əsasən, 6 ay müddətinə ölkədən sürtkü yağları istisna olmaqla, avtomobil ilə benzinin, dizel yanacağın və neft məhsullarının digər növlərinin ixracına qadağa qoyulur. 

Qərar iyulun 12-sindən qüvvəyə minəcək. 

Qeyd edək ki, Qazaxıstan 2021-ci ilin noyabr ayında da analoji qadağa tətbiq etmişdi.