Qazaxıstanın Aktobe şəhərində keçirilən əməliyyat nəticəsində öldürülən terrorçuların sayı 12-ə çatıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, daha 6 terrorçu yaralanıb. Bu barədə Qazaxıstan daxili işlər naziri məlumat verib:
“6-7 nəfər axtarışdadır, onların əlində 5 ədəd odlu silah var”.
Xatırladaq ki, dünən bir qrup ekstremist silah mağazalarına və hərbi hissəyə hücum edib. Atışma nəticəsində 3 mülki vətəndaş və 3 hərbçi öldürülüb.
Son xəbərlər
Son Xəbərlər