Qazaxıstanda ölüm cəzası ləğv edildi

qazaxistanda-olum-cezasi-legv-edildi
Oxunma sayı: 732

Qazaxıstan ölüm cəzasının ləğvi ilə bağlı beynəlxalq protokola qoşulub.

“Qafqazinfo” “Sputnik Qazaxısta”a istinadən xəbər verir ki, BMT-nin Baş Qərargahında Qazaxıstanın təşkilatdakı daimi nümayəndəsi Kayrat Umarov ölüm hökmünün ləğv edilməsinə yönəlmiş Beynəlxalq Mülki və Siyasi Hüquqlar Paktına dair İkinci Fakultativ Protokolu imzalayıb.

Xatırladaq ki, Qazaxıstanın ölüm cəzasının ləğvi ilə bağlı protokola qoşulma qərarı daha əvvəl ölkə Prezidenti Kasım-Jomart Tokayev tərəfindən BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi siyasi müzakirələrindəki çıxışında elan edilmişdi.