Qazaxıstanda qatar relsdən çıxdı, 6 vaqon çaya düşdü - Video

qazaxistanda-qatar-relsden-cixdi-6-vaqon-caya-dusdu
Oxunma sayı: 1358

Qazaxıstanın Şərqi Qazaxıstan vilayətində yük qatarı relsdən çıxıb.

“Qafqazinfo” “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, bu barədə məlumatı “Qazaxıstan Dəmir Yolları” yayıb.

İnsident aprelin 3-ü baş verib. Şahidlərin sözlərinə görə, ümumilikdə qatarın 18 vaqonu relsdən çıxıb. Onlardan 6-sı İrtış çayına düşüb.

Bildirilir ki, relsdən çıxan filiz dolu iki vaqon Rusiyanın mülkiyyətidir.

İnsident nəticəsində xəsarət alan olmayıb.