Qazaxıstanda quş qripi yayıldı

qazaxistanda-qus-qripi-yayildi
Oxunma sayı: 836

Qazaxıstanda quş qripi virusu yayılmağa başlayıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. 

Qeyd olunub ki, şimalda yerləşən yeddi vilayətdə 9-16 sentyabr tarixində heyvanlar kütləvi tələf olub.

Aparılan araşdırma zamanı onlarda quş qripi aşkarlanıb və Dünya Səhiyyə Təşkilatına məlumat verilib.

Virusun qarşısını almaq məqsədilə 17 sentyabrdan etibarən bölgədə quş məhsullarının satışı dayandırılıb, dezinfeksiya işləri aparılır.