Qazaxıstanda ruslar saatlarla növbə gözləyirlər

Qazaxıstanda ruslar saatlarla növbə gözləyirlər
Oxunma sayı: 2576

Rusiyada səfərbərlik qərarından sonra Qazaxıstana axın etməyə başlayan ruslar burada bank hesabı açmaq, iqamətgah və ya ev almaq istəyən xarici vətəndaşlara verilən fərdi identifikasiya nömrəsinə müraciət etmək məqsədilə sosial xidmətlərin göstərildiyi mərkəzlərdə uzun növbə yaranmasına səbəb olublar.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, 21 sentyabr – səfərbərlik qərarından sonra Qazaxıstana gedən Rusiya vətəndaşlarının sayı 100 mini ötüb.

Qazaxıstanda hər gün təxminən 13 min rus bank hesabı açdırmaq, iqamətgah və ya ev almaq üçün lazımi fərdi identifikasiya nömrəsi üçün müraciət edir.

Rusiya vətəndaşlarının axın etdiyi Almatı, Kostanay, Oral, Petropavl və Pavlodar şəhərlərindəki dövlət qurumları mərkəzlərində sıxlıq yaşanır. Buna görə hətta Astanadakı ikimərtəbəli gənclik salonunun binası sadəcə Rusiyadan gələnlərə xidmət etmək üçün dövlət qurumuna çevrilib.