Qazaxıstanda terror təhlükəsinin “sarı” həddə çatdırılacağı açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Qazaxıstan Terrorla Mübarizə Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, buna səbəb iyulun 2-dən iyulun 5-dək Qazaxıstanda bir sıra mühüm beynəlxalq tədbirlər, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının zirvə toplantısının keçirilməsi və Çin liderinin dövlət səfəridir.
Qeyd olunur ki, “sarı” səviyyə xüsusilə, paytaxt Astanada, Almatı, Karaqandı və Kökşetau şəhərlərində qüvvədə olacaq.
Son xəbərlər
Son Xəbərlər