Qazaxıstanda təyyarə düşdü, ölənlər var - Video

qazaxistanda-teyyare-dusdu-olenler-var
Oxunma sayı: 3740

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinə aid olduğu ehtimal edilən An-26 təyyarəsi qəzaya uğrayıb.

“Qafqazinfo” “Ria Novosti”yə istinadən xəbər verir ki, Nur-Sultan-Almatı istiqamətində uçan təyyarə uçuş-eniş zolağına yaxınlaşarkən düşüb. Göyərtədə olan 6 nəfərdən 4-ü ölüb, 2 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.