Fevralın 7-də Qazaxıstanın cənubundakı Jambıl vilayətinin Korday rayonunun yaşayış məntəqələrində minlərlə insanın iştirakı ilə baş vermiş iğtişaşdan sonra hazırda ərazidə sabitlikdir. “Qafqazinfo”nun xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.
“Qəsəbələrdə vəziyyət sakitdir. İnsidentdən sonra yerli sakinlər daha bir iğtişaş törətməyəcəklərini bildirdilər və vəziyyət nəzarət altına alındı. Küçələrdə insanlar və maşınlar yoxdur, kəndlər arasındakı magistral yolda demək olar ki, nəqliyyat yoxdur”, - deyə məlumatda bildirilir.
Mətbuat xidmətindən verilən məlumata görə, Nur- Sultandan gələn hökumət komissiyası yerdəki vəziyyəti izləmək üçün Korday bölgəsində olacaq.
Xatırladaq ki, ötən cümə günü Qazaxıstanın Jаmbıl vilayətinin Korday rayonu, Masançi kəndində yerli sakinlər arasında kütləvi dava baş verib. Sonra iğtişaşlar Aukat və Bolanbatur kəndlərinə yayılıb. Nəticədə 8 nəfər ölüb, 137 nəfər həkimlərdən kömək istəyib. 37 zərərçəkən xəstəxanaya yerləşdirilib, onlardan 9-u reanimasiyadadır. Kütləvi toqquşmalar zamanı 30-dan çox fərdi ev, 15 ticarət obyekti, 23 avtomobil yandırılıb.
Kardoyda hadisə ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
Faktla bağlı cinayət işi açılıb. 47 nəfər saxlanılıb.
Son xəbərlər
Son Xəbərlər