Qazaxıstanda xarici kəşfiyyat rəisi istefaya göndərildi

qazaxistanda-xarici-kesfiyyat-reisi-istefaya-gonderildi
Oxunma sayı: 1535

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin Milli Təhlükəsizlik Komitəsinin sədrinin müavini - Xarici Kəşfiyyat Xidmətinin direktoru Askar Amerxanovu vəzifəsindən azad edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Tokayevin Mətbuat xidməti yayıb. 

Bununla yanaşı, Milli Təhlükəsizlik Komitəsinin sədrinin müavini – Terrorla Mübarizə Xidmətinin rəisi Ruslan Seysembayev də vəzifəsindən azad edilib. 

Amerxanov və Seysembayev 2023-cü ilin aprelindən sözügedən vəzifələrə təyin ediliblər.

Fotoda Ruslan Seysembayev