Qazaxıstanın cənub-qərbindəki “Uzen” neft yatağında 39,9 milyon ton ehtiyatda olan yeni neft yataqları aşkar edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “KazMunayQaz” milli neft-qaz şirkəti məlumat yayıb.
Bildirilib ki, Manqistau vilayətində 2017-ci ildən əlavə qazma işləri aparılır.
Ölkənin ən böyük neft və qaz yataqlarından biri olan “Uzen”də neft ehtiyatlarının ümumi həcmi 8 faiz artıb. Bu kəşf “KazMunayQaz”ın iqtisadi göstəricilərini yaxşılaşdıracaq.
Son xəbərlər
Son Xəbərlər