Qazaxıstanda yoluxanların sayı 80 mini keçdi

qazaxistanda-yoluxanlarin-sayi-80-mini-kecdi
Oxunma sayı: 1228

Qazaxıstanda son sutka ərzində daha 1740 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

"Qafqazinfo" "RİA Novosti"yə istinadən xəbər verir ki, bununla ölkədə yoluxanların ümumi sayı 80 226-ya çatıb.

Sutka ərzində ən çox yoluxma Almatı və Nur-Sultan şəhərlərində qeydə alınıb.  Bu günə qədər 610 nəfər xəstəlik səbəbindən həyatını itirib, 49,4 min pasiyent isə müalicə olunaraq sağalıb.