Qazaxıstanda zəhərlənən şagirdlərin sayı 300-ə çatdı - Yenilənib

qazaxistanda-zeherlenen-sagirdlerin-sayi-300-e-catdi
Oxunma sayı: 2735

Qazaxıstanın Manqistau vilayətində məktəblilər arasında kütləvi zəhərlənmə halı qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin yerli Regional Səhiyyə İdarəsi məlumat yayıb.

Belə ki, sentyabrın 6-sı axşam saatlarında Munaylı rayonundakı 8 saylı məktəbin şagirdləri zəhərlənmə şikayəti ilə xəstəxanaya yerləşdirilib:

“Kütləvi zəhərlənmə faktı ilə bağlı regionda xüsusi qərargah yaradılıb. 82 şagirdin ambulator, 16-nın isə stasionar şəkildə müalicəsi davam edir. Hadisədən ümumilikdə 141 nəfər zərər çəkib. İstintaq başlayıb”, - məlumatda deyilir.

İlkin ehtimala görə, şagirdlər qidadan zəhərlənib. Hadisənin səbəbləri araşdırılır.

***

Qazaxıstanın cənub-qərbindəki Manqistau vilayətinin Beşşoki kəndində 300-ə yaxın məktəbli zəhərlənmə əlamətləri ilə həkimə müraciət edib.

Bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, hazırda 222 uşaq evdə, 67 uşaq xəstəxanada, 2-si reanimasiyada müalicə alır.

Qeyd edək ki, bundan əvvəl 141 uşağın zəhərləndiyi bildirilirdi.