Qazaxıstandakı sülhməramlıların komandanı məlum oldu

qazaxistandaki-sulhmeramlilarin-komandani-melum-oldu
Oxunma sayı: 4059

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstana göndərilən sülhməramlı qüvvələrinə Rusiyanın Hava-Desant Qüvvələrinin komandanı general-polkovnik Andrey Serdyukov rəhbərlik edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov açıqlayıb.

Qeyd edək ki, 49 yaşlı Andrey Serdyukov 2016-cı ilin oktyabrında Rusiya Hava-Desant Qüvvələrinin komandanıdır.