Qazaxıstandakı təyyarə qəzasının - Videosu

qazaxistandaki-teyyare-qezasinin
Oxunma sayı: 2749

Xəbər verdiyimiz kimi, Qazaxıstanın Karaqanda vilayətində hava limanı yaxınlığında MiQ-31 hərbi təyyarəsi qəzaya uğrayıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, qəzanın görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

Hadisə şahidi tərəfindən çəkilən videoda sürətlə yerə enən təyyarə görünür. Kadrlarda, həmçinin hərbi maşının düşdüyü yeri qara tüstünün bürüməsi yer alıb.

Qeyd edək ki, hərbi təyyarənin pilotları katapult edə biliblər. Onların hər ikisi sağdır. Qəzaya təyyarənin mühərriklərindən birində yanğın baş verməsi səbəb olub. Hadisənin araşdırılması üçün xüsusi komissiya yaradılıb.