Yanvarın 1-də Qazaxıstanın Karaqanda şəhərində restoranda dava zamanı qətl törətməkdə şübhəli bilinən 22 yaşlı erməni Narek Qururyan Rusiyada saxlanılıb.
“Qafqazinfo” Tengrinews.kz-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Daxili İşlər Nazirliyinin daxili və xarici kommunikasiya departamentinin direktoru Almas Sadubayev bildirib:
“Bu gün Qazaxıstan DİN-nin kriminal polis əməkdaşları ilə Rusiyanın hüquq-mühafizə orqanlarının birgə əməliyyatı nəticəsində dələduzluqda və qətldə şübhəli bilinən Ermənistan vətəndaşı Narek Qururyan Omsk vilayətində tutulub”.
Hazırda Narekin Qazaxıstana ekstradisiyası məsələsi müzakirə olunur.
Xatırladaq ki, Qururyan yanvarın 3-dən axtarışdadır. O, bir qədər əvvəl video-müraciət yayaraq davada iştirak etdiyini boynuna almış, ancaq heç kəsi qətlə yetirmədiyini bildirmişdi.
Son xəbərlər
Son Xəbərlər