Qazaxıstanın bütün ərazisində fövqəladə vəziyyət elan olundu - Yenilənib

qazaxistanin-butun-erazisinde-fovqelade-veziyyet-elan-olundu
Oxunma sayı: 5814

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində fövqəladə vəziyyət rejimi elan edilib.

“Qafqazinfo” “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə fərman imzalayıb.

Fərmana əsasən, Nur-Sultan şəhərində fövqəladə vəziyyət yanvarın 5-dən 19-na kimi qüvvədə olacaq. 

Xatırladaq ki, Kasım-Jomart Tokayev daha əvvəl Almatı şəhəri və Manqistau vilayətində fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi ilə bağlı fərman imzalayıb.

***

Bütün Qazaxıstan ərazisində fövqəladə vəziyyət elan olunub. Bu barədə "Mir 24" kanalı məlumat yayıb.