Qazaxıstanın hərbi gəmiləri Azərbaycana gəldi - Fotolar

qazaxistanin-herbi-gemileri-azerbaycana-geldi
Oxunma sayı: 2007

Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri və şəxsi heyəti bu gün ölkəmizə gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Məlumatda heyətin “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz kuboku” müsabiqəsində iştirak edəcəkləri bildirilir.