Qazaxıstanın keçmiş müdafiə naziri barədə həbs qərarı verildi

qazaxistanin-kecmis-mudafie-naziri-barede-hebs-qerari-verildi
Oxunma sayı: 1610

Qazaxıstanın keçmiş müdafiə naziri Murat Bektanov barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə qərarı paytaxt Nur-Sultanın İxtisaslaşdırılmış Rayonlararası İstintaq Məhkəməsi verib.

İstintaqın digər detalları açıqlanmayıb.

Xatırladaq ki, Murat Bektanov daha əvvəl ölkədəki kütləvi iğtişaşlar zamanı heç bir tədbir görməməkdə şübhəli bilinərək saxlanılmışdı.