Qazaxıstanın yeni müdafiə naziri təyin olundu

qazaxistanin-yeni-mudafie-naziri-teyin-olundu
Oxunma sayı: 3225

Qazaxıstanın yeni müdafiə naziri təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, Prezident Kasım-Jomart Tokayevin müvafiq sərəncamı ilə bu vəzifəyə general-leytenant Ruslan Jaksılıkov təyin olunub.

O, bu təyinata qədər daxili işlər nazirinin müavini - Milli Qvardiyanın Ali Baş Komandanı vəzifələrini icra edib.

Tokayevin digər sərəncamı ilə general-leytenant Murat Bektanov 2021-ci ilin avqustundan tutduğu müdafiə naziri vəzifəsindən azad edilib.

Fotoda: Murat Bektanov