“Qazaxıstanla bağlı KTMT rəhbərləri ilə məsləhətləşmələrə başlayıram” - Paşinyan

qazaxistanla-bagli-ktmt-rehberleri-ile-meslehetlesmelere-baslayiram
Oxunma sayı: 2738

Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı aparıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Paşinyan Feysbuk səhifəsində yazıb.

"Qazaxıstandakı vəziyyətdən çıxmaq üçün KTMT-nin yardımını gözləyən Qazaxıstan Prezidentinin müraciətini nəzərə alaraq, KTMT sədri kimi dərhal KTMT-yə üzv dövlətlərin rəhbərləri ilə məsləhətləşmələrə başlayıram", - Paşinyan bildirib.

Qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım Jomart-Tokayev "terror təhlükəsinin aradan qaldırılmasına kömək göstərilməsi xahişi ilə" Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dövlət başçılarına müraciət edib.

Həmçinin oxuyun: Tokayev kömək üçün KTMT-yə müraciət etdi - Video