"Qafqazinfo" xəbər verir ki, Qazax dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan magistrantlar türkologiya kafedrasında qədim türk ədəbi abidələri, müasir türk dilləri, Azərbaycan dili tarixi, orta əsr türk yazılı abidələri fənləri üzrə təlimlərdə iştirak ediblər.
Magistrantlar, eyni zamanda, universitetin Abay Mərkəzinin təşəbbüsü ilə filologiya fakültəsinin 3-cü kurs tələbələrilə görüşüblər. Gənc qazax alimləri tələbələrə qazax ədəbiyyatı və ədəbiyyatşünaslıqda mövcud olan müasir tendensiyalar haqqında məlumat veriblər.
Son xəbərlər
Son Xəbərlər