“Qazel” aşdı - Yaralılar var

qazel-asdi
Oxunma sayı: 875

Şəmkir-Gədəbəy yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə  avtomobil yolunun “Yasamal aşırımı” adlanan hissəsində, Şəmkir rayonu ərazisində qeydə alınıb.

“Qazel” markalı sərnişin mikroavtobusu idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza nəticəsində xəsarət alan 2 nəfər Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyətinin normal, digərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.