“Qazet.az” saytının təqdimatı oldu - Fotolar

qazetaz-saytinin-teqdimati-oldu
Oxunma sayı: 2328

Dünən Bakı Kitab Mərkəzində “Qazet.az” saytının təqdimat mərasimi keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, media nümayəndələri və digər qonaqların iştirak etdiyi mərasimi Mərkəzin rəhbəri Günel Anarqızı açıq elan edib, aparıcı Ceyhun Əli davam edib. Sonra portalın təsisçisi və baş redaktoru Aynur Kərimova saytın redaksiya siyasəti və informasiya mühitindəki planları ilə əlaqəli məlumat verib.  

Onun sözlərinə görə, portal xəbər dəyərlərinə, qaynaqlarla işə xüsusi diqqət yetirəcək və həqiqi jurnalistikanın prinsiplərini əsas tutacaq. Saytın digər əməkdaşları da portalın vizualllıq, istinad mədəniyyəti və etika barəsindəki siyasəti barədə danışıb. Sonra tədbirin qonaqlarına söz verilib. 

Təqdimat mərasimində pantomim səhnəciyi və “Baku Jazz-Band” xüsusi nömrələrlə çıxış edib.

Elvin Elxan

Foto: Nuran Məmmədov