Oğuz və Şəki rayonlarında 7 ədəd yeni fərdi yaşayış müharibə əlilləri və şəhid ailələrinə verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, onlardan 5 nəfəri Qarabağ müharibəsi əlilləri, 2-i isə şəhid ailələridir. Tədbirdə iştirak edən əlil ictimai birliklərinin və yerli ictimaiyyətin nümayəndələri əhalinin sosial müdafiəsinin etibarlı təminatı məqsədilə həyata keçirilən siyasətdən razılıq ediblər.
Nazirlik bildirib ki, təkcə bu ilin ötən dövründə 12 rayonda 51 fərdi yaşayış evi, həmçinin Abşeron rayonunda hazır yaşayış binalarından tender yolu ilə alınaraq təmir etdirilmiş 53 mənzil istifadəyə verilməklə, 104 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub. Hazırda Bakıda və ölkənin regionlarında Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün həm çoxmənzilli, həm də fərdi yaşayış evlərinin inşası, eləcə də hazır yaşayış binalarından mənzillərin alınaraq təmir etdirilməsi işləri davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər