Qazilərimiz Türkiyə Superliqasının matçına dəvət olundu - Fotolar

qazilerimiz-turkiye-superliqasinin-matcina-devet-olundu
Oxunma sayı: 1126

Türkiyənin “Alanyaspor” klubu azərbaycanlı qaziləri oyunlarına dəvət edib.

“Qafqazinfo” xəbər verir ki, məlumatı Super Liqa təmsilçisinin mətbuat xidməti yayıb.
 
Qazilərimiz 37-ci tur çərçivəsində “Alanyaspor”un “Qaziantep”lə keçirdiyi matça (3:0) iştirak ediblər. Onlar qarşılaşmanı izləyiblər. 

Həmçinin Alanya klubunun futbolçuları üzərində Azərbaycan bayrağı olan forma ilə meydana çıxıblar. 

Qarşılaşmadan əvvəl Alanya təmsilçisinin prezidenti Hasan Çavuşoğlu Vətən Müharibəsi iştirakçılarına xatirə hədiyyəsi, medal, imzalı forma və Türkiyə bayrağı hədiyyə edib.