“Qazın qiymətinin 50 faizi Saakaşvilinin cibinə gedir”

qazin-qiymetinin-50-faizi-saakasvilinin-cibine-gedir
Oxunma sayı: 644

“Qafqazinfo”nun Gürcüstan KİV-nə istinadən verdiyi xəbərə görə, Saakaşvili tariflərin aşağı salınmasının ölkənin uzunmüddətli elektrik enerjisindən asılılıq prespektivlərinə mənfi təsir edəcəyini vurğulayıb.
Enerji və Təbii Resurslar nazirliyinin dekabrın 24-də verdiyi elana əsasən gələn ildən elektrif enerjisi tarifləri əhali üçün 3,5 tetri (),021 dollar) aşağı salınmışdı. Bununla da yenilik ancaq aya 300 KVT-dan az istifadə edənlərə şamil olunacaq:

“Əvvəllər deyirdilər axı, benzin və qazın qiymətinin 50 faizi Saakaşvilinin cibinə gedir. Mənim cəmiyyətin buna inanan o hissəsindən soruşmaq istəyirəm...biz büdcəni 11 dəfə artırdıq, gördüyünüz hər şeyi tikdik və üstəlik cibimizə pul da qoyduq? Siz bunu necə təsəvvür edirsiniz? Hardasa 50% Saakaşvili öz cibinəmi qoydu? Baxın, onlar da (İvanaşvili hökuməti) etiraf etməli oldu ki, tariflərin aşağı salınması üçün resurslar mövcud deyil”.

Saakaşvilinin sözlərinə görə, yeni hökumət həmçinin etiraf etməli oldu ki, Gürcüstan qaza görə çox aşağı məbləğ ödəyir.