Qazla bağlı İstanbul sammiti yenidən təxirə salındı

qazla-bagli-istanbul-sammiti-yeniden-texire-salindi
Oxunma sayı: 1320

Türkiyədə qaz qovşağının inşa edilməsi ilə bağlı martın 22-si keçirilməsi planlaşdırılan sammit yenidən təxirə salınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Energetika Nazirliyində olan mənbəyə istinadən “RİA Novosti” yayıb.

Məlumata görə, görüş qeyri-müəyyən müddətə ertələnib.

Xatırladaq ki, yanvar ayında Türkiyənin energetika naziri Fatih Dönməz sammitin fevralın 14-15-i baş tutacağını açıqlamışdı. Lakin iclas daha sonradan martın 22-nə təxirə salınmışdı. Sammit zamanı Türkiyədə qaz qovşağının yaradılması məsələsi müzakirə ediləcək. Türkiyədə qaz qovşağının yaradılmasını isə Rusiya Prezidenti Vladimir Putin təklif edib, Ankara isə sözügedən bu təklifi dəstəkləyib.