Qazla bağlı növbəti problem - “1 manat havada qaldı”

qazla-bagli-novbeti-problem
Oxunma sayı: 3391

“Qaz kartına 25 manat yüklədim. Ancaq sayğaca 24 manat yükləndi. 1 manat havada qaldı”.

Qafqazinfo” xəbər verir ki, bu məsələni jurnalist İlkin Muradov sosial şəbəkədə ictimailəşdirib.

O, bunun fırıldaq olduğunu iddia edir: “Sayğacda da 70 qəpik qalmışdı. Bəs 1 manat hara getdi? Həftədə 1-2 dəfə qaz əvəzinə hava verən SOCAR, indi də hərədən 1-2 manat mənimsəmək variantına keçib”.

Qafqazinfo” məsələ ilə əlaqədar “Azəriqaz” İB-nin Mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevə müraciət edib. O, qeyd edib ki, sözügedən məsələləri aydınlaşdırmaq üçün abonent qəbzlə birlikdə ASAN Xidmət mərkəzlərindən birinə müraciət etməlidir: “Orada abonentə qarşılaşdığı problem izah ediləcək”.

Günel Türksoy