“Qazprom” Azərbaycanla bağlı qərarı oktyabrın 2-də verəcək

qazprom-azerbaycanla-bagli-qerari-oktyabrin-2-de-verecek
Oxunma sayı: 1215

Rusiyanın “Qazprom” şirkətinin Direktorlar Şurası Azərbaycanda nümayəndəliyin açılması məsələsini müzakirə edəcək.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, bu məsələ oktyabrın 2-də keçiriləcək iclasın gündəliyində yer alıb.

Direktorlar Şurasının iclası qiyabi səsvermə formasında keçiriləcək.

Azərbaycanda nümayəndəliyin açılması məsələsindən əlavə, iclasda “Qazprom”un satınalma fəaliyyətinin rüblük yekunları da müzakirə olunacaq.