“Qazprom” Bakıda nümayəndəlik açdı

qazprom-bakida-numayendelik-acdi
Oxunma sayı: 1543

“Qazprom” Azərbaycanda nümayəndəlik açıb.

"Qafqazinfo” “İnterfax”a istinadən xəbər verir ki, nümayəndəlik Bakıda ötən il dekabrın 12-də Vergilər Nazirliyi tərəfindən qeydiyyata alınıb. 

Şirkətin Azərbaycandakı rəsmi nümayəndəsi rusiyalı Maqsud Andercanovdur. 

Xatırladaq ki, “Qazprom”un Direktorlar şurası hələ 2017-ci ilin oktyabrında Azərbaycanda nümayəndəlik açılmasını təsdiq etmişdi.