Rusiyanın “Qazprom” şirkəti aprelin 27-dən etibarən Polşaya qaz nəqlini tamamilə dayandırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.
Məlumata görə, Polşa Rusiya qazına görə ödənişləri rubl ilə etməkdən imtina etdiyinə görə Rusiya tərəfi belə bir qərar verib.
Xatırladaq ki, “Qazprom”, həmçinin Bolqarıstana da qaz nəqlini dayandırdığını açıqlayıb. Polşa və Bolqarıstan bir neçə gün əvvəl Rusiya qazına görə ödənişləri rubl ilə ödəməyəcəklərini bəyan etmişdilər.
Son xəbərlər
Son Xəbərlər